Azərbaycanda ovda faciə

Azərbaycanda ovda faciə
15:01 26 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Qobustan rayonunun Xilmilli kəndində ov zamanı tüfənglə ehtiyatsız davranılması nəticəsində bir nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 24-də Qobustan rayonunun Xilmilli kəndində Qəbələ rayon sakini İdris Murtuzov, Abşeron rayon sakini Şəmsəddin İsayev, Bakı şəhər sakinləri İlqar Yusifov və Rəhman Əhmədov ov edərkən Ş.İsayevə məxsus tüfənglə ehtiyatsız davranıb.

İ.Murtuzov açdığı atəşlə R.Əhmədova bud nahiyəsindən xəsarət yetirib və nəticədə R.Əhmədov xəstəxanaya yerləşdirilib.

Qobustan RPŞ əməkdaşları tərəfindən Ş.İsayevdən “Vursan” markalı, İ.Yusifovdan “Churchill” markalı müvafiq sənədləri olan ov tüfəngləri götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=321934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR