Rusiya SWIFT sistemindən çıxarıla bilər

15:02 26 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 14:57 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Ukraynada böhranın kəskinləşməsi ABŞ-ın Rusiya banklarını beynəlxalq bank sistemi olan SWIFT-dən kənarlaşdırması ilə nəticələnə bilər.

 

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Kommersant” qəzetinə ABŞ Dövlət Departamentinə yaxın mənbə məlumat verib.

 

Məlumata görə, ABŞ Rusiyanı SWIFT-dən yalnız “avropalılar bu addım atmayacağı halda” kənarlaşdıra bilər. Belə olan halda, Rusiya və Amerika bankları arasındakı tranzaksiyalar dayandırıla bilər.

 

Qəzet yazır ki, ABŞ Ukrayna münaqişəsini diplomatik yolla həll etməyə çalışsa da, hələ də lazımi nəticə əldə olunmayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR