Mobil displey bazarının həcmi 2 milyardı ötüb

Mobil displey bazarının həcmi 2 milyardı ötüb
15:21 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Koreyanın “Yonhap” xəbər agentliyi “DisplaySearch” tədqiqat şirkətinə istinadən yazır ki, smartfon və planşetlər üçün displeylərin ötənilki satış həcmi 2 milyardı ötüb.

Analitiklərin hesablamasına görə, 2014-cü ildə mobil ekranların tədarük həcmi 2,01 milyard təşkil edib. 2013-cü ildə bu göstərici 1.83 milyard olub. Belə ekran istehsalçılarının gəliri təxminən 30,13 milyard dollar təşkil edib ki, bu da nə vaxtsa qeydə alınmış ən yüksək göstəricidir.

"ICTnews" elektron xəbər xidməti “daily com.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə mobil ekran tədarükünün təxminən 90 faizini maye kristal  displeylər, digər hissəsini AMOLED panellər tutub.
Mənbə qeyd edir ki, “AMOLED” panellər əsasən mobil telefon və yığcam planşet kompüterlərdə istifadə olunur. Aşağı enerji istehlakı,  geniş baxış bucağı və matrisin sürətli reaksiyası bu texnologiyanın əsas özəlliyidir.

Ekspertlər mobil ekran bazarının inkişafını gözləyirlər və 2015-ci ilin nəticəsinə görə, bu bazarın həcmi 2,09 milyard təşkil edəcək. 2016-cı ildə bu göstərici 2,19 milyard, 2021-ci ildə 2,47 milyard təşkil edəcək.

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34958-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR