Zavod bağlanıb, işçilər 8 ayın maaşını tələb edirlər

15:33 26 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İranın Cənubi Xorasan əyalətinin Kuhistan şəhərindəki şəkər zavodunun işçiləri etiraz aksiyası keçiriblər. 280 işçi 8 aydır gecikən maaşlarını tələb edir. Bu barədə Trend ILNA agentliyinə istinadən məlumat verir.

Zavod artıq 2014-cü ilin oktyabrında bağlanıb. Müəssisənin bağlanmasına quraqlıq üzündən xammalın əldə olunmaması və likvidliyin təmin edilməməsi səbəb olub.

Zavodun işçiləri cari ilin əvvəlindən (İranda il martın 21-də dəyişir) müəssisənin bağlandığı günə qədər (8 ay) əməkhaqqı almayıblar və hazırda öz maaşlarını tələb edirlər.

Qeyd edək ki, Kuhistan şəhərindəki şəkər zavodu 53 ildir ki fəaliyyət göstərirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2357195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR