Alman futbolçu İslamı qəbul etdi - FOTO

Alman futbolçu İslamı qəbul etdi  -   FOTO
15:37 26 Yanvar 2015
76 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Nürnberq" klubunun yarımmüdafiəçisi Danni Blum İslamı qəbul edib. Fanat.az xəbər verir ki, alman mətbuatı futbolçunun 5 vaxt namaz qıldığını, tez-tez məscidə gedərək ibadət etdiyini, spirtli içkilərdən uzaq durduğunu və qidalarda halal qidaları seçdiyini bildirib. O, ibadət edəndə belə başqalarını narahat etməməyə çalışır.


Futbolçunun özü isə İslam dinini qəbul etməsi barədə suallara cavab verəndə bildirib ki, əvvəllər futboldan kənarda əyləncələrlə dolu və məsuliyyətsiz həyatı olub: "Zaman-zaman yaşadığım həyatın hər şey olmadığını anladım və bu haqda düşünməyə başladım. İnternetdən və kitablardan dinlər haqqında araşdırmalar apardım və İslam dini mənə çox maraqlı gəldi. Bu araşdırmalar və öyrəndiklərim məni bu yola, yəni İslama daha da yaxınlaşdırdı. Beləcə mən müsəlman oldum. Artıq həyata həmişə pozitiv baxıram".


Futbolçu həmçinin qeyd edib ki, İslam barış dinidi: "Mənim inancım heç kəsi istəmədiyini etməyə məcbur etmir. Seçimimi bildirəndə kimsə mənə pis söz söyləmədi. Olsa belə, bu, məni yolumdan döndərə bilməz. Hər kəsin özünə görə inancı var".


Danni Blum ailəsinin bu qərarına reaksiyası haqqında danışanda qeyd edib ki, ailəsi əvvəlcə təəccüblənsə də, sonradan "Bu, sənin öz seçimindi" deyib.//anspress


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-alman-futbolcu-slam-qbul-etdi-t17803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR