"Aİ Türkiyə ilə danışıqların yeni mərhələsini açmalıdır"

"Aİ Türkiyə ilə danışıqların yeni mərhələsini açmalıdır"
15:43 26 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa İttifaqı (Aİ) Türkiyə ilə danışıqların yeni mərhələsini açmalıdır. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Aİ işləri üzrə naziri Volkan Bozkır deyib.

Nazirin sözlərinə görə, hazırda Türkiyə bu struktura daxil olmaq üçün Aİ-nin demək olar, bütün tələblərini yerinə yetirib.

O, həmçinin qeyd edib ki, Aİ enerji məsələləri üzrə Türkiyə ilə danışıqların yeni mərhələsini açmalıdır.

Bundan əvvəl ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki, Aİ-yə daxil olmaq məsələsi Türkiyəni maraqlandırmır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2357189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR