​Bakıda avtobus qəza törətdi, yaralanan var - FOTO

​Bakıda avtobus qəza törətdi, yaralanan var - FOTO
15:47 26 Yanvar 2015
287 Digər
Ölkə mətbuatı
A- A+

Qəza hər iki nəqliyyat vasitəsinin “Komsomol” dairəsinə daxil olması zamanı baş verib
Bakıda sərnişin daşıyan marşrut avtobusu qəza törədib.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda, keçmiş “Komsomol” dairəsində baş verib.

Belə ki, 49 saylı marşrut avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü xəsarət alıb. Hadisə zamanı avtobusda sərnişinlər olsa da, onlar xəsarət almayıblar.

Qəza hər iki nəqliyyat vasitəsinin “Komsomol” dairəsinə daxil olması zamanı baş verib. Belə ki, sürücülər bir-birinə yol verməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR