Milli Onkologiya Mərkəzinə beynəlxalq status verildi

Milli Onkologiya Mərkəzinə beynəlxalq status verildi
15:53 26 Yanvar 2015
172 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə beynəlxalq tədris və sınaq mərkəzi statusu verildi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzlə Belçikanın dünyada şüa müalicəsinin istifadəsində fiksəedici avadanlıqları layihələşdirən və istehsal edən “Orfit Industries” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.

Bu sazişlə Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və sınaq mərkəzi statusu verilib.

İmzalanma mərasimində çıxış edən şirkətin prezidenti Steven Cuypers qeyd edib ki, beynəlxalq tədris və sınaq mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksəkixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəyə malik olan, beynəlxalq müalicə standartlarını həyata keçirən klinikalara verilir.

Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev rəhbərlik etdiyi klinikada qısa müddətdə onkoloji xəstələrə göstərilən tibbi xidmətin Qərb standartlarına cavab verən keyfiyyət göstəricilərinə qədər yüksəlməsini Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin bariz nümunəsi kimi qiymətləndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR