Hakerlər “Malaysia Airlines”in saytını sındırıblar

Hakerlər “Malaysia Airlines”in saytını sındırıblar
16:06 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu gün “Kərtənkələ dəstəsi” adlanan hakerlər “Malaysia Airlines” aviaşirkətinin saytını sındırıblar.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, haker hücumu nəticəsində “malaysiaairlines.com” saytına daxil olduqda “Xəta 404” - təyyarə tapılmayıb. “Kərtənkələ dəstəsi” – rəsmi “Kiberhəlifət” tərəfindən sındırılıb” yazısı və kostyumda kərtənkələ şəkli yerləşdirilib.

Hazırda “Malaysia Airlines”in heç bir servisi işləmir. Şirkətin nümayəndələri bildiriblər ki, hakerlər domen adları sisteminin mühafizəsini sındırıblar, server və məlumat bazalarına ziyan dəyməyib. Lakin hakerlər öz “Twitter” hesablarında deyirlər ki, onların istifadəçi məlumatlarına çıxışları var.
 
Bu ay eyni qruplaşma ABŞ-ın Mərkəzi baş komandanlığının “Twitter” və “YouTube” akkauntlarının sındırılmasını boynuna alıb və yüksəkrütbəli hərbiçilərin telefon nömrələrini açıqlayıblar.
 
Qeyd edək ki, ötən il “Malaysia Airlines”in iki təyyarəsi aviaqəza qurbanı olub. Mart ayında şirkətə məxsus “Boeing 777”, Kuala-Lumpurdan Pekinə uçaraq 239 sərnişinlə itib və bu günədək tapılmayıb. İyul ayında isə  Ukrayna üzərində Amsterdamdan Kuala-Lumpura gedən təyyarə vurulub və onun içində olan 298 nəfər həlak olub. Hazırda bu qəzaların səbəbləri öyrənilir.
 
Aynur Vəliyeva
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34962-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR