Bakıda “Radikalizm və xurafat təhlükəsi” (FOTO)

Bakıda “Radikalizm və xurafat təhlükəsi” (FOTO)
16:06 26 Yanvar 2015
163 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda “Radikalizm və xurafat təhlükəsi” konfransı keçirilib. ANS PRESS-in məlumatı ilə, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə 25 yanvar 2015-ci il tarixdə baş tutub.

Konfransı cıxış sözləri ilə təşkilatın sədr müavini Tural Vəliyev açaraq, GMİİB- in fəaliyyətləri barədə qısa məlumat verib. Təşkilatın bu vaxtadək keçirdiyi tədbirləri, bu tədbirlərdən bəzilərini: “İslam terror lənətləyir” , “ Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu”, “Həll yolu Quran əxlaqı” vurğulayıb.

Sonra təşkilatın sədri Ramiq Vəliyev çıxış edərək, dində radikalizmdən və xurafatçı zehniyyətdən bəhs etdi. Xurafatçıların İslamda olmayan bir çox hökmləri din adına təqdim etməsindən, bunun nəticəsində də İslam dininin bütün dünyada dəhşət dini kimi tanıdılmasından qısa şəkildə danışdı. İslamın sülh dini olduğunu tanıtma yönündəki müsəlmanlar olaraq, məqsədlərinin illərdir İslam adı ilə dünyada təmsil edilən radikalizmi, xurafatçılığı, mövhumatı, fanatizmi və İslam dini ilə heç bir əlaqəsi olmayan xurafə dinini ortadan qaldırmağa çalışmaq, Qurandakı dəlillərlə İslamin əslini göstərmək olduğunu vurğuladı.

Konfransın ilk “Radikalizm və xurafat təhlükəsi” adlanan ilk hissəsində Ramil Rustəmov çıxış etdi. Konfransın bu hissəsində Müsəlman ölkələrindəki qarışıqların əsas səbəbləri, xurafata əsaslanan müsəlman modeli, Qurandan uzaq İslamdan, dində məcburiyyət olmamasından, qadının Quranda bildirilən dəyərindən, kitab əhlinə olan sevgidən və Qurandakı müsəlman modelinin necə olduğundan danışıldı.

İkinci hissədə isə Rövşən Əkbərov islamofobiyanın əsas səbəbləri və həlli yollarından bəhs etdi. Bütün dünyada İslam əleyhdarlarının çoxalmasından, müsəlmanlara qarşı təzyiqlərdən, qadağanlardan, İslamofobiyanın fəsadlarından və həll yolları haqqında danışıldı.

Bir çox dövlət nümayəndəsi, siyasi xadim, professor, təşkilat rəhbərlərinin iştirak etdiyi tədbir böyük maraqla izlənildi.






Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=321925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR