Obama yenə də saqqız çeynədi

Obama yenə də saqqız çeynədi
16:08 26 Yanvar 2015
356 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ Prezidenti Barak Obamanı yenə də rəsmi tədbirdə saqqız çeynərkən yaxalayıblar.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, B.Obama bu dəfə diqqətləri özünə Nyu-Dehlidə Hindistanın Respublika Günü ilə bağlı keçirilmiş hərbi paradda çəkib.

Hindistanın Baş naziri Narendra Modi B.Obamaya nə isə deyərkən Prezident ağzından saqqızı çıxarıb, sonradan saqqızı çeynəməyə başlayıb.

Xatırladaq ki, B.Obama indiyədək 2014-cü ildə Pekində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində və həmin il Fransada müttəfiq qoşunlarının Normandiyaya çıxması ilə əlaqədar tədbirdə saqqız çeynəmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2357216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR