Azərbaycanın multikulturalizm strategiyası böyük fərəh doğurur

16:13 26 Yanvar 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, Ülviyyə Məmmədli, AzərTAc
Azərbaycanda səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub.
AzərTAc xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda vətəndaşların vicdan azadlığının təmin olunması istiqamətində görülən işlər, ölkəmizdə hökm sürən tolerant və multikultural mühit haqqında məlumat verib. O, Azərbaycanda bütün millətlərin nümayəndələri, o cümlədən yəhudilər üçün çox yaxşı birgəyaşayış şəraitinin yaradıldığını diqqətə çatdırıb.
Sədr yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşmaları və qəhrəmanlıqla şəhid olmaları faktını xalqımızın heç vaxt unutmayacağını qeyd edib.
Akko şəhərinin meri Şimon Lankri Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrilməsinin, ölkəmizin multikulturalizm strategiyasının dünyada böyük fərəh doğurduğunu diqqətə çatdırıb. O, əlaqələrimizin möhkəmlənməsində Azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin böyük rolunun olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_multikulturalizm_strategiyasi_boyuk_fereh_dogurur-827533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR