Ukraynanın Azərbaycandakı səfiri Mariupol faciəsi ilə bağlı bəyanat verib

16:28 26 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Mariupolda dəhşətli faciə, şəhərin yaşayış rayonlarının terrorçular tərəfindən kütləvi atəşə tutulması nəticəsində təqribən 30 dinc sakinin və 100-dən çox adamın yaralanması sadəcə terror aktı kimi deyil, həm də insanlıq əleyhinə məqsədyönlü cinayət nümunəsi kimi Ukraynanı, dünya birliyini növbəti dəfə dərindən sarsıdıb.
AzərTAc xəbər verir ki, bu sözlər Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenkonun bəyanatında yer alıb. Səfirin fikrincə, terrorçuların Ukraynanın şərqində törətdikləri digər cinayətlər də Haaqa tribunalının diqqətindən kənarda qalmayacaq.
Ukrayna bütövlükdə sivil dünya birliyinə müraciət edərək, onu dövlətlərin, o cümlədən Azərbaycanın, Gürcüstanın, Moldovanın, indi isə artıq Ukraynanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran keçmiş səhvlərin təkrarlanmasına yol verməmək üçün terrorizmə və təcavüzkarlığa qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukraynanin_Azerbaycandaki_sefiri_Mariupol_faciesi_ile_bagli_beyanat_verib-827537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR