Ötən ay ekoloji qanun pozuntularına görə 228 akt və protokol tərtib olunub

Ötən ay ekoloji qanun pozuntularına görə 228 akt və protokol tərtib olunub
14:23 10 Avqust 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC
İyulun 16-dan 31-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 228 akt və protokol tərtib olunub. Həmçinin nöqsanların aradan qaldırılması üçün 104 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 65 iş üzrə 122322.6 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 5705.25 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 320 iş üzrə 65075.36 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 21, icra qurumlarına isə 32 iş göndərilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_ay_ekoloji_qanun_pozuntularina_gore_228_akt_ve_protokol_tertib_olunub-876462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR