Obama: "Hərbi missiya başa çatdı"

Obama: "Hərbi missiya başa çatdı"
21:26 26 Dekabr 2014
140 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Əfqanıstanda aparılan 10 illik hərbi missiyanın bitdiyini bəyan edib və ABŞ ordusunun qəhramanlığını yüksək qiymətləndirib.

ANS PRESS-in məlumatına görə, Obama dekabrın 25-də Havay adalarındakı hərbi bazada çıxış edərkən bildirib ki, 2001-ci il 11 sentyabr terror aktlarından sonra ABŞ əsgərlərinin göstərdiyi qətiyyət nəticəsində dünya daha sabit oldu.

Obama qeyd edib ki, bu hərbi kampaniya əfqanlara öz ölkələrini bərpa etmək imkanı yaratdı. Prezident bildirib ki, nəticədə ABŞ daha təhlükəsiz oldu və Əfqanıstan bir daha terror mənbəyi olmayacaq.

ABŞ və NATO ilin sonunda Əfqanıstandakı beynəlxalq qüvvələrin əksəriyyətini çıxaracaq. Əfqanıstanda 13 500 hərbçi qalacaq ki, onlar da yerli qüvvələrə təlim keçməklə məşğul olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR