Milli Onkologiya Mərkəzinə beynəlxalq tədris və sınaq mərkəzi statusu verilib

16:57 26 Yanvar 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 16:52 ]


Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə Belçikanın dünyada şüa müalicəsinin istifadəsində fiksəedici avadanlıqları layihələşdirən və istehsal edən “Orfit Industries” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən görə, bu sazişlə Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və sınaq mərkəzi statusu verilib.

 

İmzalanma mərasimində çıxış edən şirkətin prezidenti Steven Cuypers qeyd edib ki, beynəlxalq tədris və sınaq mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksək ixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəyə malik olan, beynəlxalq müalicə standartlarını həyata keçirən klinikalara verilir.

 

Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev rəhbərlik etdiyi klinikada qısa müddətdə onkoloji xəstələrə göstərilən tibbi xidmətin Qərb standartlarına cavab verən keyfiyyət göstəricilərinə qədər yüksəlməsini prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin bariz nümunəsi kimi qiymətləndirib.

Qeyd olunub ki, imzalanan saziş bir daha Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın lider klinikaları tərəfindən qəbul olunmasını təsdiq edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR