Serj: Pis günə hazır olun

Serj: Pis günə hazır olun
17:01 26 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan ordunun yaradılmasının ildönümünə həsr edilmiş konfransda çıxış edib.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Sarkisyan konfransda çıxışında cəbhədəki gərgin vəziyyətdən də danışıb. Serj Sarkisyan əhalini hər şeyə hazır olmağa çağırıb.

Mən bütün eşidənlərə səslənirəm: "Biz həm yaxşı, həm də pisə hazır olmalıyıq. Mənim stolumda mümkün varianlar mövcuddur".

Qeyd edək ki, konfrans cəbhədə düşmənin xüsusi təyinatlı kəşfiyyat-təxribat qrupunun mövqelərimizə hücumu fonunda baş verib.

Hücumun qarşısı alınarkən hərbi qulluqçularımız şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıblar.

Düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhəddində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb.

Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var.
Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi xüsusi olaraq qeyd edir ki, biz öz xalqımızdan həqiqəti gizlətmirik. Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=321969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR