Bakıda tanınmış teleaparıcı gecə klubunda dava saldı - EKSKLÜZİV

Bakıda tanınmış teleaparıcı gecə klubunda dava saldı - EKSKLÜZİV
17:19 26 Yanvar 2015
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Faktla bağlı polis araşdırma aparır

Bakıdakı gecə klublarından birində dava-dalaş olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Feyzi Seyid Badulla oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə zorakılığa məruz qalması ilə bağlı müraciət edib. Şikayətçi bildirib ki, Əziz Əliyev küçəsində gecə klubunda olarkən 2 nəfər tərəfindən döyülüb.

 

Araşdırmalar nəticəsində məlum olub ki, İran vətəndaşını 1989-cu ildə anadan olmuş Bernardo Xose Pablo oğlu və Rusiya vətəndaşı Əliyev Emil Bəylər oğlu döyüb. Hər iki şəxs bölməyə dəvət edilib.

 

 

Qeyd edək ki, davada adı hallanan Xose Bernardo Azərbaycan vətəndaşıdır. Pirallahı qəsəbəsi, Xanlar küçəsi 64 ünvanında qeydiyyatda olmaqla yaşayan X.Bernardo ANS telekanalında aparıcılıq etməsi ilə tanınıb. O, bir müddət əvvəl Azərbaycan ordusunda xidmət keçib və təxris olunduqdan sonra ANS telekanalında fəaliyyətini davam etdirib. X.Bernardo həm də gecə klubunda işləyir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR