Şəhidimiz dəfn olundu: ailənin 3-cü şəhidi - VİDEO

Şəhidimiz dəfn olundu: ailənin 3-cü şəhidi - VİDEO
17:32 26 Yanvar 2015
157 Digər
Ölkə mətbuatı
A- A+

Təxribat nəticəsində şəhid olan Elşən Əfəndiyev doğulduğu Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dəfn olunub.

Milli.Az ANS TV-yə istinadən xəbər verir ki, 20 yaşlı şəhid Elşən Əfəndiyev xidmət etdiyi dövrdə nümunəvi davranışına görə bir neçə dəfə ordu rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Şəhid ölümündən sonra müdafiə nazirinin əmri ilə 3-cü dərəcəli medalla təltif edilib. Bu, ailənin Qarabağ döyüşlərində verdyi 3-cü şəhiddir.

Şəhidin əmisi Ədalət Əfəndiyev Elşənin həm əmisinin, həm də dayısının şəhid olduğunu bildirdi. O şəhidliyin hər bir əsgərə nəsib olmadığını və Elşənlə fəxr etdiyini deyir.

Allah rəhmət etsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR