Türkiyəli deputatdan ŞOK İDDİA: "Həmin ərazilər ermənilərə veriləcək"

Türkiyəli deputatdan ŞOK İDDİA: "Həmin ərazilər ermənilərə veriləcək"
17:34 26 Yanvar 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının (MHP) aparıcı funksionerlərindən biri olan millət vəkili Oktay Vural sensasyon iddia ilə çıxış edib.

 

Lent.az-ın məlumatına görə, Oktay Yılmaz “Today"Zaman” qəzetinə açıqlamasında bildirib ki, Türkiyə hökuməti qondarma soyqırımın 100 illiyi ərəfəsində ermənilərin iddia etdiyi torpaqları güzəştə getmək qərarına gəlib: 

 

"Məndə olan məlumata görə hakim partiyanın (AKP) erməniləri Türkiyədə məskunlaşdırmaq üçün layihəsi var. Artıq bu layihə üzrə işlər gedir. Erməni lobbisi Ankarada prezidentin keçmiş iqamətgahı Çankaya köşkünə və İstanbuldakı Yeşilköy ərazisində bir sıra torpaq sahələrində məskunlaşmaq istəyir. Bundan başqa, bu yaxınlarda Atatürk hava limanının da boşaldılıb, ərazinin ermənilərə verilməsi gündəmdədir. Türkiyə hakimiyyəti də onların bu istəyini həyata keçirmək fikrinə düşüb".

Millət vəkili buna sübut kimi, bu yaxınlarda prezidentin iqamətgahının dəyişilməsinivə İstanbulda yeni aeroportun tikilməsini göstərib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR