Nyu York-Bakı reysi təxirə salınacaq?

Nyu York-Bakı reysi təxirə salınacaq?
17:37 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Hazırda ABŞ-dan Bakı vaxtı ilə saat 20:30-da uçmalı olan Nyu York-Bakı aviareysinin təxirə salınması barədə məlumat daxil olmayıb.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından ABŞ-ın şərq sahillərinə yaxınlaşan güclü qar çovğunu ilə əlaqədar 3,5 mindən artıq aviareysin təxirə salınması ilə bağlı məsələni şərh edərkən bildiriblər.

Aeroportdan deyildiyi kimi, Bakıdan ABŞ-a təyyarə yerli vaxtla saat 06:00-da uçub Nyu Yorka 09:30-da (Bakı vaxtı ilə 18:30-da) çatmalıdır. Əks istiqamətdə isə təyyarə bazar ertəsi yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 20:30-da) havaya qalxacaq və çərşənbə axşamı yerli vaxtla saat 08:00-da paytaxtda yerə enəcək.

Hava limanından deyiblər: “Hələlik uçuşun təxirə salınması barədə məlumat verilməyib, hər şey qrafikə uyğun gedir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/321051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR