Ukraynaya meydan oxudular

Ukraynaya meydan oxudular
17:41 26 Yanvar 2015
183 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Kiyevin və Riqanın təşəbbüsü ilə bu gün BMT-nin Təhlükəsizlik Şurasında Ukraynanın şərqindəki böhran müzakirə olunacaq.

ANS PRESS-in məlumatına görə, bu arada Ukraynanın şərqindəki rusiyapərəst separatçılar atəşkəs və sülhlə bağlı Minsk razılaşmasından çıxdıqlarını bəyan ediblər. Bunu özünü "Donetsk Xalq Respublikası" adlandıran separatçı regionun hərbi liderinin müavini Eduard Basurin bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Minsk razılaşması artıq mövcud deyil: "Yenə də Minskdə başqa razılaşmalar ola bilər, amma, bu, başqa danışıqlar, başqa şərtlər daxilində olacaq".

Ümumiyyətlə, son günlər Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda günahlandırırlar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR