Rusiyaya giriş çətinləşdi

Rusiyaya giriş çətinləşdi
17:42 26 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+

Federal Miqrasiya Xidməti ölkəyə səfər edənlərdən siyahı istəyir
Rusiyada xarici turistlər üçün bu gündən yeni qayda qüvvəyə minir. Rusiyaya Səyahətlər Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb ki, yeni qaydaya görə, turistlər Rusiyada getmək istədikləri və gəzməyi planlaşdırdıqları şəhərlərin, yaşayış məntəqələrinin siyahısını verməlidirlər.

Anspress-in xəbərinə görə, Rusiya Federal Miqrasiya Xidməti isə həmin ərazilərə səfər üçün dəvətnamə, eləcə də dəvətnaməni verən şəxsin və ya təşkilatın adını tələb edəcək. Bütün viza növlərində bu informasiya olmalıdır.

ATOR yeni qaydaların Rusiyada turizm sənayesinə ziyan vuracağını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR