Ukrayna hökuməti Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət elan edib

17:42 26 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 17:35 ]

Bakı – APA. Ukrayna hökuməti Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət elan edib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bəyan edib.

 

O əlavə edib ki, Ukraynanın digər regionlarında yüksək hazırlıq rejimi tətbiq olunub. “Xahiş edirəm, fövqəladə vəziyyət yaxud da hərbi vəziyyətlə səhv salmayın. Bu cür qərarları parlament qəbul edir”, - deyə o vurğulayıb.

 

A. Yatsenyuk qeyd edib ki, müvafiq tədbirlərin məqsədi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hakimiyyət orqanlarının fəaliyyətinin tam koordinasiyasıdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR