“Bakıelektrikşəbəkə” ASC “ASAN xidmət” mərkəzləri vasitəsilə xidmət əhatəsini genişləndirir

“Bakıelektrikşəbəkə” ASC “ASAN xidmət” mərkəzləri vasitəsilə xidmət əhatəsini genişləndirir
17:43 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
“Bakıelektrikşəbəkə” ASC şəffaflığın və operativliyin təmin edilməsi üçün əhaliyə bir sıra xidmətləri “ASAN xidmət” vasitəsilə həyata keçirir.
Səhmdar cəmiyyətindən AzərTAc-a bildirilib ki, ötən il mayın 15-dən dekabrın 31-dək Bakı 4 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə 3 min 221 vətəndaşa yüksək keyfiyyətli xidmət göstərilib. Müraciətlərin çoxluğu nəzərə alınaraq “Bakıelektrikşəbəkə” ASC göstərilən xidmətin əhatəsini daha da genişləndirmək üçün yanvarın 9-dan Bakı 2 saylı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayıb. Yaxın günlərdə Bakı 1 saylı “ASAN xidmət” mərkəzində də abonentlərə xidmət göstəriləcək.
Abonentlər “Asan xidmət” mərkəzlərinə müraciət edərək elektrik şəbəkəsinə qoşula bilərlər. Eyni zamanda, burada elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, abonent ödənişlərinin və borcun araşdırılması kimi xidmətlərdən faydalanmaq da mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakielektriksebeke_ASC_ASAN_xidmet_merkezleri_vasitesile_xidmet_ehatesini_genislendirir-827575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR