Bakıda qadını vurub öldürən avtobus sürücüsü həbs edildi - RƏSMİ

Bakıda qadını vurub öldürən avtobus sürücüsü həbs edildi - RƏSMİ
17:49 26 Yanvar 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi piyadanı vurub, hadisə yerindən qaçan sürücü ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a verilən məlumatda, paytaxtın Sabunçu rayonunun hüquq mühafizə orqanları tərəfindən isti izlərlə həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub.

Belə ki, yanvarın 26-da saat 07 radələrində rayonun Bakıxanov qəsəbəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istəyən piyada 1950-ci il təvəllüdlü Mahmudova Pəri Əyyub qızını vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin «Daewo» markalı «10-TE-437» dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1955-ci il təvəllüdlü Tağızadə Rafael Tağı oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR