Bakıda avtobus "Mercedes"lə toqquşdu: yaralanan var

Bakıda avtobus "Mercedes"lə toqquşdu: yaralanan var
17:51 26 Yanvar 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin daşıyan marşrut avtobusu qəza törədib.

ANS PRESS-in report-a istinadən verdiyi məlumatına görə, hadisə Sabunçu rayonunda, keçmiş “Komsomol” dairəsində baş verib.

Belə ki, 49 saylı marşrut avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü xəsarət alıb. Hadisə zamanı avtobusda sərnişinlər olsa da, onlar xəsarət almayıb.

Qəza hər iki nəqliyyat vasitəsinin “Komsomol” dairəsinə daxil olması zamanı baş verib. Belə ki, sürücülər bir-birinə yol verməyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR