Xalq artisti Məleykə Əsədova yeganə rəfiqəsinin bacısı olduğunu deyib.
Axşam.az-ın məlumatına görə, aktrisa “Yeri gəlmişkən” verilişində həyatda insanın ən yaxın dostunun həyat yoldaşı ola biləcəyini söyləyib:
“İnsanın yeganə dostu həyat yoldaşı olur. Onu seçərkən fikirləşməlisən. Bir-birinizi başa düşməli, dəyər verməlisiniz. Dostluq güzgü kimidir. Baxanda insan bir-birini görür. Ana-ata dünyanı tərk edir. Həyat yoldaşı isə ömürlük səninlədir. İşdə dəstək olmalı, əhvalın pisləşəndə səni başa düşməlidir. Mənim isə yeganə dostum anam və bacım olub”.