Azərbaycanda güclü partlayış

Azərbaycanda güclü partlayış
18:01 26 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda yaşayış evində baş verən güclü partlayışda ər və həyat yoldaşı yanıq xəsarətləri alıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Fərid Əhmədov küçəsində 50 yaşlı Mədinə Əliyevanın ata evində yaşadığı fərdi yaşayış evində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə səhər saatlarında otaqda elektrik lampasının yanması partlayışa səbəb olub. Nəticədə evin Döşəməsi və tavan hissəsi yararsız hala düşüb.

Partlayış zamanı evdə yanğın hadisəsi olmasa da Mədinə Əliyeva və onun həyat yoldaşı, 48 yaşlı Ərəstun Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri aliblar. Yaralılar dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra yaralıların vəziyyəti ağır olduğu üçün Paytaxta gətiriliblər. Partlayış yerin altından keçən qaz xətlərdəki sızmadan baş verib.

Faktla baglı araşdırmalar aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR