Eurovision-2015 yarışmasında Azərbaycan ikinci yarımfinalda çıxış edəcək

Eurovision-2015 yarışmasında Azərbaycan ikinci yarımfinalda çıxış edəcək
18:23 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Eurovision-2015 yarışmasının keçiriləcəyi Avstriyanın Vyana şəhərində iştirakçıların yarımfinallarda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib.
AzərTAc Eurovision-2015 təşkilat komitəsinin məlumatına istinadla xəbər verir ki, püşkatmanın nəticələrinə görə, Azərbaycan ikinci yarımfinalda çıxış edəcək.
Mayın 19-da keçiriləcək birinci yarımfinalda 16 (Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan və Macarıstan), mayın 21-də keçiriləcək ikinci yarımfinalda isə 17 iştirakçı (Norveç, İrlandiya, Çexiya, Litva, San Marino, Malta, Portuqaliya, Monteneqro, İsveçrə, Azərbaycan, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr və İsveç) çıxış edəcək planlaşdırılır. Yarışmanın final mərhələsi isə mayın 23-də baş tutacaq.
Builki yarışmaya ümumilikdə 39 ölkə qatılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Eurovision_2015_yarismasinda_Azerbaycan_ikinci_yarimfinalda_chixis_edecek-827594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR