Bakıda “BMW” ilə "Ford" toqquşdu, ölən var

Bakıda “BMW” ilə "Ford" toqquşdu, ölən var
22:39 26 Dekabr 2014
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol qəzası qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşlara məxsus “BMW” markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “BMW” markalı minik avtomobilinin sürücüsü, 1981-ci il təvəllüdlü Samir Vahid oğlu Abdullayev vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR