Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində olub

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində olub
18:37 26 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:33 ]


Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyində olub. 

QMİ-dən APA - ya verilən məlumata görə, Allahşükür Paşazadə iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Şeyxülislam Allahşükür Paşazadə səfirliyin əməkdaşları ilə görüşüb, mərhum kralla görüşlərini xatırladıb, onun iki ölkə arasında əlaqələrin inkişafında xidmətlərini qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR