Milyonçu Donald Tramp ABŞ-ın yeni prezidenti ola bilər

Milyonçu Donald Tramp ABŞ-ın yeni prezidenti ola bilər
18:43 26 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Amerikalı milyonçu Donald Tramp 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, Donald Tramp özünü ölkəsinin əvvəlki əzəmətini qaytara biləcək yeganə namizəd sayır. Prezident seçilərsə, İŞİD-ə qalib gələcəyini vəd edən Tramp, həmçinin İranın nüvə silahı hazırlamasının qarşısını alacağına, bütün ölkə ərazisində yeni iş yerləri açacağına və büdcə kəsirini azaldacağına da söz verib.
Prezident kürsüsü uğrunda milyonçunun rəqibləri Hillari Klinton, Ceb Buş və Mitt Romni ola bilrər. Lakin Donald Trampın fikrincə, nə Buşun, nə də Romninin qələbə qazanmaq üçün heç bir şansı yoxdur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milyonchu_Donald_Tramp_ABS_in_yeni_prezidenti_ola_biler-827604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR