Prezidenti İlham Əliyev “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb

19:03 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.
AzərTAc xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinin həyata keçirilməsi tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezidenti_Ilham_Aliyev_Amek_pensiyalarinin_sigorta_hissesinin_indekslesdirilmesi_haqqinda_Serencam_imzalayib-827618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR