Kürd dəstələri İŞİD-in Kobani şəhərindəki son böyük dayaq məntəqəsini ələ keçiriblər

Kürd dəstələri İŞİD-in Kobani şəhərindəki son böyük dayaq məntəqəsini ələ keçiriblər
19:08 26 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Kürd dəstələri Suriyanın Kobani şəhərində İŞİD-in əlində olan son böyük dayaq məntəqəsi üzərində nəzarətə yiyələniblər.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kürd silahlıları İŞİD yaraqlılarını şəhərin şərqindəki Kanyə-Kürdə rayonundan sıxışdırıb çıxarmağa nail olublar.
Bir qədər əvvəl Kobani şəhərinin bu hissəsində yerləşən dörd küçəsində yaraqlıların tapılaraq ləğv edilməsi üzrə əməliyyatlar aparılıb. Əməliyyatlar nəticəsində 30 nəfərdən çox İŞİD silahlısının öldürüldüyü bildirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kurd_desteleri_ISID_in_Kobani_seherindeki_son_boyuk_dayaq_menteqesini_ele_kechiribler-827623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR