“Tata Steel Chess” beynəlxalq şahmat turnirinin qalibi müəyyənləşib

“Tata Steel Chess” beynəlxalq şahmat turnirinin qalibi müəyyənləşib
19:08 26 Yanvar 2015
142 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Yanvarın 9-da Hollandiyanın Veyk-an-Zee şəhərində start götürən “Tata Steel Chess” ənənəvi şahmat turniri başa çatıb.
AzərTAc xəbər verir ki, 77-ci dəfə keçirilən “Tata Steel Masters” superturnirində Azərbaycan təmsilçisi Teymur Rəcəbov da daxil olmaqla ən güclü 14 qrossmeyster mübarizə aparıb. Həmyerlimizin rəqibləri dünya çempionu Maqnus Karlsenlə yanaşı, Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Uesli Sou (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), Radoslav Voytaşek (Polşa), Dinq Lijen (Çin), Baadur Cobava (Gürcüstan), Vasili İvançuk (Ukrayna), Xou İfan (Çin), Lyuk Van Veli (Niderland), İvan Sariç (Xorvatiya) və Levon Aronyan (Ermənistan) olublar.
Turnirin qalibi adını 13 turda 9 xal toplayan dünya çempionu Maqnus Karlsen qazanıb. Sonuncu turda Gürcüstan şahmatçısı Baadur Cobavaya məğlub olan Teymur Rəcəbov isə 6 xalla 8-ci yerdə qərarlaşıb. Maksim Vaşye-Laqrav, Aniş Giri, Uesli Sou və Dinq Lijen 8,5 xal toplayaraq 2-5-ci yerləri bölüşdürüblər.
Yarış dairəvi sistem üzrə 13 turdan ibarət olaraq keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tata_Steel_Chess_beynelxalq_sahmat_turnirinin_qalibi_mueyyenlesib-827627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR