Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
19:16 26 Yanvar 2015
134 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan sinoptikləri yağıntılı hava şəraiti vəd edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında hava bəzi yerlərdə yağıntılı olacaq, günün ikinci yarısında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində hava əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq. Şərq küləyi əsəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı ehtimal edilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR