Azərbaycanın "Eurovision"dakı çıxış günü məlum oldu

Azərbaycanın "Eurovision"dakı çıxış günü məlum oldu
19:16 26 Yanvar 2015
191 Şou
Ölkə mətbuatı
A- A+

Eurovision-2015 yarışmasının keçiriləcəyi Avstriyanın Vyana şəhərində iştirakçıların yarımfinallarda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib.

AzərTAc Eurovision-2015 təşkilat komitəsinin məlumatına istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə görə, Azərbaycan ikinci yarımfinalda çıxış edəcək.

Mayın 19-da keçiriləcək birinci yarımfinalda 16 (Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan və Macarıstan), mayın 21-də keçiriləcək ikinci yarımfinalda isə 17 iştirakçı (Norveç, İrlandiya, Çexiya, Litva, San Marino, Malta, Portuqaliya, Monteneqro, İsveçrə, Azərbaycan, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr və İsveç) çıxış edəcək.

Yarışmanın final mərhələsi isə mayın 23-də baş tutacaq.

Builki yarışmaya ümumilikdə 39 ölkə qatılacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR