Suraxanıda öıümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Suraxanıda öıümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
23:08 26 Dekabr 2014
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşlara məxsus “BMW” markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “BMW” markalı minik avtomobilinin sürücüsü 1981-ci il təvəllüdlü Samir Vahid oğlu Abdullayev vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 20:56-da başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2348168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR