Üzqırxan geldən telefon dəsti çıxdı

Üzqırxan geldən telefon dəsti çıxdı
19:23 26 Yanvar 2015
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlkin İzzət/

3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan Həsənbala Sərdar oğlu Tahirovun yanına qısamüddətli görüşə gəlmiş dostu, Bakı şəhər sakini Cavad Raqib oğlu Cavad-zadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zaman sovqatda olan “ARKO MEN" üzqırxan gelin içərisində xüsusi üsulla gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, H.Tahirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 maddəsinə əsasən həbs edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2357344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR