ABŞ diplomatı “Khazar İslands” layihəsini yüksək qiymətləndirib

ABŞ diplomatı “Khazar İslands” layihəsini yüksək qiymətləndirib
19:23 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan “Khazar İslands” layihəsi ilə bağlı həyata keçirilən işləri yüksək qiymətləndirib.
“Avesta Concern”dən AzərTAc-a bildirilib ki, tikintisi aparılan obyektdə olan amerikalı diplomatda görülən işlər böyük təəssürat yaradıb.
Şirkətin rəhbəri Hacı İbrahim Nehrəmli amerikalı diplomatla görüşdə layihə haqqında ətraflı məlumat verib.
ABŞ-ın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd edən Derek Hoqan “Khazar İslands” kimi iri layihənin müstəqilliyini cəmi 24 il əvvəl əldə etmiş bir ölkədə həyata keçirilməsinin böyük uğur olduğunu diqqətə çatdırıb.
Fikir mübadiləsi zamanı Derek Hoqan neftin qiymətinin ucuzlaşmasının mümkün təsirləri ilə də maraqlanıb.
“Avesta Concern”in prezidenti vurğulayıb ki, Prezident İlham Əliyevin praqmatik və uğurlu siyasəti nəticəsində Azərbaycan neft istehsalçıları arasında bu prosesdən ən az zərər çəkən ölkələrdən biridir.
Hacı İbrahim Nehrəmli xüsusilə qeyri-neft sektorunun son illər sürətlə inkişaf etdiyini və “Khazar İslands” layihəsinin də məhz bu sahədəki tərəqqi sayəsində mümkün olduğunu vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_diplomati_Khazar_Islands_layihesini_yuksek_qiymetlendirib-827635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR