Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev N.U.Məhərrəmovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nuşirəvan Umud oğlu Məhərrəmov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilsin".
Milli.Az