Azərbaycanın Yekaterinburqdakı baş konsulu Tümendə əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Tümendə əməkdaşlığın perspektivlərini müzakirə edib
20:03 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki (RF) baş konsulu Sultan Qasımov Tümenə işgüzar səfər edib.
AzərTAc Tümen vilayəti dövlət hakimiyyəti orqanlarının rəsmi portalına istinadla xəbər verir ki, Sultan Qasımov Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevlə görüşüb.
Tümenə ikinci dəfə gəldiyini bildirən baş konsul burada səmimi qarşılandığını və regionun Azərbaycanla əməkdaşlığa hazır olduğunu vurğulayıb. O, Tümen vilayət nümayəndə heyətini 2015-ci ildə Azərbaycan Respublikasına səfərə dəvət edib. Vladimir Yakuşev bu dəvətə müsbət cavab verib.
Əməkdaşlığın perspektivli istiqamətləri sarasında neft-qaz maşınqayırması, səhiyyə, təhsil və turizmin inkişafı sahələrində müştərək layihələr, neft-qaz sənayesinə xidmət və neft emalı sahələrində yeni texnologiyaların tətbiqi göstərilir. Məlumatda bildirilir ki, tikinti sahəsində əməkdaşlıq və qarşılıqlı ticarətin genişlənməsi də gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Yekaterinburqdaki_bas_konsulu_Tumende_emekdasligin_perspektivlerini_muzakire_edib-827652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR