Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Yanvar
20:09 26 Yanvar 2015
213 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının ən böyük zərəri hasilatçı ölkələrə, ilk növbədə isə iqtisadiyyatı neft gəlirlərindən asılı olan dövlətlərə dəyir. Ucuzlaşmadan ən çox zərər çəkən ölkələrin Rusiya və İran olması faktdır. Əslində neft bazarında yürüdülən endirim siyasətinin əsas hədəflərindən biri, geniş anlamda isə birincisi Suriyadır, daha doğrusu Əsəd rejimidir. Neftin qiymətini aşağı salan bütün tərəflərin, o cümlədən OPEK və qurumun patronu olan Səudiyyə Ərəbistanının, bazara şist yanacağı ilə daxil olan Birləşmiş Ştatların Suriyaya münasibətinin necə olduğu məlumdur. Endirim siyasəti müəlliflərinin hesablamalarına görə, Rusiya və İranın iqtisadi baxımdan zəifləməsi avtomatik olaraq bu ölkələrin Suriyaya verdiyi dəstəyin də zəifləməsinə gətirib çıxaracaq. Orta müddətə hesablanan bu proqnoz hələlik özünü doğrultmur, çünki Əsəd rejiminə dəstək həm Moskvanın, həm də Tehranın Yaxın Şərq siyasətinin ana xəttidir, bu siyasətdən hansısa səbəbdən geri çəkilmək hər iki ölkənin Yaxın Şərqdəki mövqelərini ciddi şəkildə sarsıda bilər. Əsədin son açıqlamalarını da bu gerçəkliklər fonunda dəyərləndirmək lazımdır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR