"Nə? Harada? Nə zaman?" oyunu üzrə universiadanın qalibləri mükafatlandırılıblar

"Nə? Harada? Nə zaman?" oyunu üzrə universiadanın qalibləri mükafatlandırılıblar
20:18 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
“Bakcell” şirkətinin dəstəyi, Gənclər və İdman Nazirliyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “ƏlfəCIN” layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" oyunu üzrə universiada təşkil olunub.
Şirkətdən AzərTAc-a bildirilib ki, universiadanın seçim turları Bakıda və respublikanın bir çox rayonlarında keçirilib. 16 bölgədən finala vəsiqə qazanmış 66 komanda öz intellektual bacarıqlarını nümayiş etdirmək imkanı əldə edib. 500-ə yaxın gəncin iştirakı ilə baş tutan finalda ölkənin ən güclü tələbə komandaları iştirak edib.
Bakıda keçirilən univesiadanın qalibi Bakı Dövlət Universitetinin “BDU” komandası olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “ADİU” komandası ikinci, Dövlət İdarəçilik Akademiyasının “BuenDİA” komandası isə üçüncü yeri qazanıb.
Qaliblər kubok, medal və hədiyyələrlə mükafatlandırılıblar. Birinci yerin qalibi olan BDU komandasının bütün üzvləri “Bakcell”in “Smart Start” təcrübə proqramında iştirak üçün vəsiqə qazanıblar.
Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotNe_Harada_Ne_zaman_quot_oyunu_uzre_universiadanin_qalibleri_mukafatlandiriliblar-827659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR