Azərbaycanda özəl texniki peşə məktəbləri və liseyləri açılacaq

23:42 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 23:35 ]

Özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzləri yaradılacaq.

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda özəl texniki peşə məktəbləri və liseyləri açılacaq.

 

APA-nın məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

 

Dövlət Proqramının “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi” ilə bağlı bölməsində qeyd edilib ki, Təhsil Nazirliyiİqtisadiyyat və Sənaye Nazirliyi 2016-cı ildə özəl texniki peşə məktəbləri və liseylərinin açılmasının təşviqi ilə bağlı təkliflər hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir. Bundan başqa, Təhsil Nazirliyinə  2016-2017-ci illərdə özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılmasını təmin etmək tapşırılıb.  Eyni zamanda Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi  2016-2020-ci illərdə isə sənaye üzrə müxtəlif istiqamətlərdə peşə, ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili, tədris plan və proqramlarının hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə Peşə Tədris Mərkəzlərinin yaradılmasını,  İqtisadiyyat və Sənaye Nazirliyi 2016-ci ildə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkilini təmin etməlidir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR