Güləş hakimlərinin yeni statusu açıqlanıb

Güləş hakimlərinin yeni statusu açıqlanıb
20:53 26 Yanvar 2015
207 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Dünya Güləş Birliyi (DGB) hakimlərlə bağlı qərarını açıqlayıb. Belə ki, ötən il keçirilən yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən, 2015-ci il üçün hakimlik dərəcələri təyin olunub.
Azərbaycan Güləş Federasiyasından AzərTAc-a bildiriblər ki, DGB-nin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib. Yüksək dərəcə alan ədalət təmsilçiləri arasında üç hakimimiz var.
DGB-də davam edən islahatların nəticəsində Olimpiya kateqoriyası “S” ilə əvəzlənib. Bu siyahıda ölkəmizi Hicran Şərifov və İntiqam Alıyev təmsil edirlər. Hicran Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və iki dəfə Olimpiya Oyunlarında iştirak edib. Gənc hakimimiz İntiqam Alıyev isə ötən il Daşkənddə keçirilən dünya çempionatından sonra bir pillə yüksəlib.
DGB-nin imtahanından uğurla keçən digər hakimimiz isə Asif Şirəliyevdir. O, ötən ilin iyununda Polşada keçirilmiş gənclərin Avropa çempionatında sınaqdan uğurlu çıxıb və birinci dərəcəyə yüksəlib.
Yeni siyahıda Hüseynağa Əhmədovun statusu bir pillə aşağı enib. Milli dərəcəli hakim Elgün Məmmədov isə üçüncü dərəcə hakimlik adı alıb.
Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gules_hakimlerinin_yeni_statusu_achiqlanib-827666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR