Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obama üçün ölüm təhlükəsi

Obama üçün ölüm təhlükəsi

Date: 26 January 2015 21:01

Bu gün ABŞ prezidentinin iqamətgahı Ağ Evdə həyəcan yaşanıb.

ANS PRESS-in məlumatına görə, səhər saatlarında Ağ Ev üzərində uçan robot helikopter ABŞ kəşfiyyatı tərəfindən vurulub.

ABŞ kəşfiyyatı Ağ Ev üzərində uçurulan robot helikopterin sarayın cənub-şərqində yerləşən bağçaya düşdüyünü açıqlayıb.

Açıqlamada deyilir ki, hadisə sonrası Ağ Evin təhlükəsizlik səbəbiylə bir müddət ziyarətləri məhdudlaşdırılıb.

ABŞ prezidenti Barak Obamanın təhlükəsizliyindən məsul gizli xidmət robot helikopteri uçuran şübhəlilərin və bu uçuşun səbəbini ortaya çıxarmaq üçün istintaqa başlayıb.
Mənbə
ANS PRESS



Tags:  Obama ölüm təhlükəsi


RƏYLƏR


Top news