OPEK-in baş katibi: Neftin barrelinin qiyməti 200 dollara qalxa bilər

OPEK-in baş katibi: Neftin barrelinin qiyməti 200 dollara qalxa bilər
21:18 26 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
OPEK-in baş katibi Abdulla əl-Bədri bəyan edib ki, neftin barrelinin qiyməti 200 dollardan yuxarı qalxa bilər.
AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, baş katib, eyni zamanda, bunun neft hasilatına qoyulan investisiyaların qıtlığı səbəbindən baş verəcəyini qeyd edib. “Əgər siz neft və qaz hasilatına sərmayə yatırmasanız, onda qiymətlər 200 dollardan da yuxarı qalxa bilər”, – deyə Abdulla əl Bədri bildirib.
Qeyd edək ki, yanvarın 26-da keçirilən sövdələşmələrin ilk saatlarında Brent markalı neftin barrelinin qiyməti 47,61 dollara enib, günün sonunda isə 48,74 dollara yüksəlib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/OPEK_in_bas_katibi_Neftin_barelinin_qiymeti_200_dollara_qalxa_biler-827675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR