Vahid Ələkbərov Azərbaycanın sayəsində çətin vəziyyətdən çıxdı

Vahid Ələkbərov Azərbaycanın sayəsində çətin vəziyyətdən çıxdı
23:01 26 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

"Sanksiyalarla əlaqədar xarici bankların "Lukoyl" şirkətinə kreditlər verməməsi haqda informasiyalar yalandır".

ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov açıqlama verib.

"Biz banklarla işləyirik, hazırda bizim layihələrimizin layihə maliyyələşdirməsi üzrə hazırlığı aparırlır. Bura "Şahdəniz" layihəsi də daxildir. Bu gün şirkət EBRR-lə danışıqlar aparır və maliyyələşdirmə təmin ediləcək", - deyə Ələkbərov vurğulayıb.

O həmçinin bildirib ki, "Lukoyl" şirkətin Özbəkistanın layihələrinin maliyyələşdirilməsi üçün Asiya ölkələri ilə danışıqlar aparır.

Qeyd edək ki, yaxın vaxtlarda şirkət "Şahdəniz-2" layihəsində öz payının (10%) maliyyələşdirilməsi üçün EBRR-dən 500 milyon dollar və ABR-dan 450 milyon dollar krediti almağı planlaşdırır.

Şirkətin maliyyələşdirilməsinə qarşı CEE Bankwatch Network-un Mərkəzi və Şərqi Avropadakı şəbəkəsi çıxış edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=322042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR